Bakıda mənzil alqı-satqısında aktivlik aşağı düşsə də, kirayə mənzil bazarında qiymətlər bahalaşmaqda davam edir.

Əmlak məsələləri üzrə ekpert Ramil Osmanlı İqtisadyyat.az-a açıqlamasında bildirib ki, kirayə mənzil bazarında tələb daim yüksək olaraq qalır.

Ekspertin sözlərinə görə, söküntü və şəhərsalma proqramının icrası hesabına təklif portfeli getdikcə azalır və yeni tikililərin hesabına bazara daha çox bahalı mənzillər çıxır: “Bu, nəticə etibarı ilə kirayə mənzil bazarında qiymətlərin artmasına gətirib çıxarır”.

“Əvvəllər tendensiya belə idi ki, yalnız mövsum vaxtı, tələbələr geri qayıdanda, Bakıya axın edəndə kirayə mənzil bazarında qiymət dəyişməsi müşahidə edirdik. Yəni avqusta qədər qiymətlər aşağı olurdu, tələbələr gələndə isə artırdı. Son illərdə bu tendensiya tamamilə aradan qalxıb, biz artıq qiymət düşməsi halını müşahidə etmirik, bütün dövrlərdə qiymət artımı baş verir”, - eksper əlavə edib.

Elçin Mehdiyev