2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb. 

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. 

Bildirilib ki, həmin müddətdə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə ictimai iaşə dövriyyəsinin həcmi 10,1 faiz artaraq 1 milyard 146,3 milyon manat olub. 

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil edib.