Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var.

İqtisadiyyat.az xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü İ.Pirquliyev ailə münaqişəsi zəminində bacısı, 1989-cu il təvəllüdlü S.Pirquliyeva və qardaşı 1995-ci il təvəllüdlü Ə.Pirquliyevlə dalaşıb. Nəticədə Ə.Pirquliyev bıçaqdan istifadə edərək İ.Pirquliyevin qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Daha sonra Ə.Pirquliyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.