Bu barədə İqtisadiyyat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 17 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi – Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi (“Nəriman Nərimanov” metrostansiyası) – Əhməd Rəcəbli küçəsi (son dayanacaq), Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) – Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) – Əhməd Rəcəbli küçəsi – Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.
24 nömrəli marşrut isə “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi – Uluqbəy küçəsi – Ağa Nemətulla küçəsi – Təbriz küçəsi (son dayanacaq), Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) – Əhməd Rəcəbli küçəsi – Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.