Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 6. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.