Bakının bir sıra yollarında tıxac yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Xətai prospekti, "Şərq bazarı" istiqamətində sıxlıq müşahidə olunur.