Bakıda gözəllik salonunda qadınların çantasından oğurluq edilib.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub.

Araşdırma aparılır.