"Gələn ayın sonunda Gəncədə yeni Biznes Forum eyni zamanda karyera və biznes sərgi keçirməyi planlaşdırırıq."

Bunu Gəncə İş Adamları İctimai Birliyinin rəhbəri Zəfər Məmmədov deyib.

İş adamı bildirib ki, Gəncənin sənaye müəssisələrinin nümayəndələrini və biznes mühitini təşkil edən iş adamlarını həmin sərgidə toplamağı planlaşdırırıq. Bununla yanaşı iyun ayında Bakıda "Gəncə günü" adlı  KOBİA-nın təşkil etdiyi KOB Festival tipli tədbir təşkil edərək Gəncə iş adamlarının məhsullarını və fəaliyyətini geniş auditoriyaya təqdim etməsinə şərait yaratmağı planlaşdırırıq.

Zəfər Məmmədov eyni zamanda Gəncəyə investorların cəlb olunmasına da toxunaraq bildirib ki, müxtəlif vaxtlarda investorların Gəncəyə səfərləri təşkil edilir.