İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onun mobil nömrəsini bloklaması olub.

***09:13

Bakının Sabunçu rayonunda küçədə dava zamanı bir nəfər bıçaqlanıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxslə dava edib. Dava zamanı o qarın nahiyyəsindən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.