Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan fin tipli ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 45 m² sahədə yanıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.