Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizə yaxın açıq ərazidə təqribən 0,7 ha sahədə quru ot və qamışlıq yanıb.

FHN-dən İqtisadiyyat.az-a bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.