Bakı şəhər 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.

Bu barədə İqtisadiyyat.az-a təhsil müəssisəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.