İqtisadiyyat.az xəbər verir, müsabiqə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə ləğv olunub.
Ləğv 14 aprel 2025 ci il № AİBNDA/SQ-1464/2025 nömrəli qərara əsasən icra olunub.
Məlumata görə, yenidən qurulması planlaşdırılmış qazanxanalar 86, 92, 94, 119, 128, 140, 515 və 539 nömrəlidir.
ASC-nin balansında olan bu qazanxanaların köhnəldiyi və buna görə də onların yenidən qurulmasına və modernizasiyasına ehtiyac olduğu bildirilir.
Xatırladaq ki, “Azəristiliktəchizat” bundan əvvəl isə 72, 141, 505, 510, 537 saylı qazanxanaların yenidənqurulması və modernziyasını həyata keçirib. Həmin qazanxanaların istismara verilməsi üçün həyata keçirilən modernizasiya işlərinə hələlik 2,4 milyon manatdan çox vəsait xərclənib.