“Bakıda açıq satışda olmayan torpaq sahələri var ki, onların qiyməti həddən artıq yüksəkdir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, o torpaqlar açıq satışda deyil, ancaq fantastik qiymət təklifləri var: “Orada qiymətlər artıq sotla deyil, kvadratmetrlə tənzimlənir. Bina tikintisi üçün ərazilər var. Bu gün bazarda formalaşmış bir tendensiya mövcuddur. Kod nişanı, yəni tikinti nişanı olan və ya tikinti üçün əlverişli olan torpaq sahələrinə tələb yüksəkdir və o torpaq sahələrinin öz alıcıları vardır.

Ekspert deyir ki, hətta bu cür torpaq sahələri tapmaq özü ciddi bir problemdir, çünki açıq satışda yoxdur: “Ümumi götürəndə o cür torpaq sahələrinin sotu bir milyon manat və baha olur”.