Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimovu və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.

İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.