Bakının Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həm də Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə işıqforun iş rejimində dəyişiklik edilib.

Bu barədə İqtisadiyyat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin yollarda günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə tədbirlər görülüb. Yolda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı da azaldılıb. Ümumilikdə görülən tədbirlər nəticəsində həmin kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin edilib.