Bakıda neft məhsullarının istehsal dəyəri 2 milyard 257,3 milyon manat olub.

Əvvəlki ilin yanvar- sentyabr ayları ilə müqayisədə bu, 5,4 faiz azdır.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində 852,1 min ton həcmində avtomobil benzini, 1 542,5 min ton dizel yanacağı istehsal edilib. Belə ki, avtomobil benzininin istehsalı 6,9 faiz, dizel yanacağının istehsalı 5,7 faiz azalıb.

Eləcə də, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20 faiz, ağ neftin istehsalı 22,5 faiz, azkükürdlü mazutun istehsalı 55,4 faiz azalıb. Sürtkü yağlarının istehsalı 10,5 faiz, neft bitumunun istehsalı isə 36,2 faiz artıb.