Bakı şəhərində bir bağça koronavirusa görə bağlanıb.

Üç müəllimin koronavirusa yoluxması səbəbindən bağçalardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı Oxu.Az-a təsdiq ediblər:

“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin bağçanın fəaliyyəti 14 gün müddətinə bağlanıb”.