Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
İqtisadiyyat.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində yerləşən MİDA sosial evlərin yaxınlığında qeydə alınıb.
1996-cı il təvəllüdlü Qasımbəyli Tuncay Xəqani oğlu idarə etdiyi "Chevrolet kruz" markalı avtomobillə 1967-ci il təvəllüdlü piyada Müzəffərov Şakir Əyyub oğlunu vurub.
Nəticədə piyada Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.