Bakıda balıq tutmaq istəyən kişi dənizdə bataraq ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Pirallahı rayonunun Dübəndi neft terminalının yaxınlığında baş verib.

Belə ki, ötən gün səhər saatlarında 1978-ci il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlu arvadı Zemfira İbrahimova ilə birlikdə nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Onun meyiti axşam saat 12 radələrində həmin terminalın yaxınlığında dəniz sahilindən 800 metr məsafədə dənizdə yerləşən qayanın yaxınlığında aşkar edilib.