Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX”in açılış mərasimi olub.

Tədbiri müdafiə sənayesi naziri Mədət Quliyev giriş sözü ilə açıb.

Mədət Quliyev Prezident İlham Əliyevin ünvanladığı müraciəti sərgi iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, sərgi sentyabrın 8-də yekunlaşacaq.