Bakıda intihar hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Ağayev Ramiz Göycə oğlu yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində özünü iplə asaraq öldürüb.

İlkin araşdırma zamanı mərhumun ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkməsi məlum olub.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.