Bakı şəhərinin Binəqədi rayonunda liftin qapısının arasında qalan qadın ölüb.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.