2024-cü ilin I rübündə Bakı şəhərində 18 min yeni iş yerləri yaradılıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 22.8% artıb. Belə ki, 2023-ci ilin I rübündə Bakıda 14 657 yeni iş yeləri açılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 17 348 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 612 yeni iş yeri açılıb.