Bu ilin 5-14 avqust tarixlərində Bakıda 1-ci beynəlxalq istehlakçı yarmarkası keçiriləcək.

Yarmarkada iştirakçı ölkələr sırasında Azərbaycanla yanaşı, Pakistan, Əfqanıstan, Misir, Seneqal, Hindistan və Keniya təmsil olunacaq.

Yarmarkada əl işləri, geyim əşyaları, qida və digər məhsullar satışa çıxarılacaq.

Bakı İdman Sarayında təşkil olunacaq yarmarkaya giriş sərbəst olacaq. Yarmarka hər gün saat 10:00-dan 21:00-dək fəaliyyət göstərəcək.