2020-ci ilin yanvar-iyun aylarında Bakıda  tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin  65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə işləri təşkil edib

Fins.az Bakı şəhər Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki,Bakıda  tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 7,0 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 22,3 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Qeyd edək ki, ümumi inşaat işlərinin 85,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.