İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, MMC fəaliyyətə 1997-ci ildə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) adı ilə başlayıb. 2001-ci il may ayının 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb. 2017-ci ilin 19 iyul tarixində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yenidən təşkil olunub və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan edib.