Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 22:00 radələrində yolun 38-ci kilometrliyində, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bədəlbəyli Rüfət Yengibar oğlu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə yolu keçmək istəyən İslamov Rasim Şahvələd oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.