Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidəki quru otluq sahədə yanğın başlayıb.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. 

Bölmələrin səyi ilə yanğın söndürülüb.