Sumqayıtdan Bakı istiqamətinə hərəkət edən ekspress avtobusunun sürücüsü təhlükəli manevrlər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, xeyli sayda sərnişini daşıyan 90 JH 381 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü dönmə işığından istifadə etmədən nəqliyyat vasitəsini sağ zolağdan sol zolağa dəyişir. O, zolağa keçdikdən sonra dönmə işığını yandırır. Daha sonra avtobusu yüksək sürətlə idarə edən sürücü təkrar olaraq ötmə əməliyyatını icra edərək nəqliyyat vasitəsinin yerini sağ zolağa dəyişməyə başlayır. 

Avtobus sürücüsünün təhlükəli manevrləri digər sürücülərə çətinliklər yaşadıb.

Hadisə isə Sumqayıt-Bakı yolunda "Ekologiya postu"nun qarşısında baş verib.