Bakı Qazax avtomagistralının 354-cü kilometrliyində "Hyundai Santa Fe " və "VAZ 2106" markalı avtomobil toqquşub.

İqtisadiyyat.az xəbər ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.

Nəticədə "VAZ 2106" avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir