İyunun 28-də Azərbaycanda “Bakı Payızı 2023 - 35 il sonra” istedadlar müsabiqəsinə start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Opera Studiyasında keçiriləcək müsabiqə 4 gün davam edəcək.

Hazırda 1-ci və 2-ci turların nəticələrini yekunlaşdıran yarımfinal çıxışlarına fəal hazırlıq gedir.

Mentorlar tərəfindən həyata keçirilən uzunmüddətli məşqlərdə aparıcılar yaradıcılıq prosesində fəal iştirak edirlər. Ümumi yaradıcılıq birliyi ab-havasını, bayram əhval-ruhiyyəsini yaradan müəllim və iştirakçıların gördüyü işlər barədə, eləcə də istedad və vokal imkanlarının reallaşdırılmasını nümayiş etdirən videoçarxlar çəkilir.

Qeyd edək ki, musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin inkişafı və üslub, ritm və ansambl hislərinin inkişafı builki payızın əsas tədbiri olan “Bakı Payızı-2023 - 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsidir.