Bakı metrosunun 4 stansiyasında "M" tipli qapılar sıradan çıxıb.

Bu barədə İqtisadiyyat.az "Bakı Metropoliteni " QSC-dən məlumat əldə edib.

Metronun "Əhmədli", "Həzi Aslanov " , "M.Əcəmi " və "İnşaatçılar" stansiyalarında sıradan çıxmış "M" tipli qapıların sökülməsi və paslanmaz metaldan "M" tipli qapıların hazırlanıb quraşdırılması işlərinə başlanılır.