"Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

Bu barədə İqtisadiyyat.az-a qurumdan bildirilib.

Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.