Xəbər verdiyimiz kimi, bu gün Bakı metrosunda gərgin anlar yaşanıb.

Hadisə ilə bağlı metrpolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlama verib:

"Sözügedən şəxs orta yaşlı kişidir. Qatar stansiyaya daxil olarkən, o stansiya yoluna düşüb. Maşinist son anda qatarı dayandıra bilib. Vətəndaş ayağından xəsarət alıb. Əraziyə dəvət olunan təcili tibbi yardım xidmətinin əməkdaşları yaralı şəxsi nəzarətə götürüblər. Onun həyatına heç bir təhlükə yoxdur. Şəxsin intihara cəhd etdiyi, yaxud yıxılması araşdırmalardan sonra məlum olacaq".

***14:28

İqtisadiyyat.az xəbər verir ki, bu gün günorta 14:00 radələrində metronun "Memar Əcəmi" stansiyasında şəxsiyyəti hələ ki, dəqiqləşdirilməyən bir vətəndaş qatarın altına düşüb. Onun intihara cəhd etdiyi, yaxud yıxıldığı dəqiq bilinmir. Əraziyə polis əməkdaşları cəlb olunub. Qatarların hərəkət intervalında fasilə yaranıb.