“Bakı Metropoliteni” QSC qapıların sökülməsi və quraşdırılması üzrə tender elan edir.

İqtisadiyyat.az xəbər veri ki, tender elanı ""Xalqlar dostluğu", "Cəfər Cabbarlı" və "20 Yanvar" stansiyalarında sıradan çıxmış "M" tipli qapıların sökülməsi və paslanmaz metaldan "M" tipli qapıların hazırlanıb quraşdırılması işlərinin satın alınması" ilə bağlıdır.

Tenderdə iştirak haqqı 350  manatdır. Müsabiqə fevral ayının 13-də başlayır.Tələb olunan sənədlər martın 3-dək, təkliflər isə martın 14-dək təqdim edilməlidir. Zərflər mart ayının 15-də açılacaq.

Satınalan təşkilatın VÖEN-i: 1402871431

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16

Çatdırılma yeri:Bakı Metropoliteni QSC-nin obyektləri

Çatdırılma müddəti: Müqavilə imzalandığı andan qüvvəyə minir və 01.05.2024-cü il tarixinə qədər qüvvədədir, zəmanət hissəsində isə zəmanət müddəti bitənədək.