Bu ilin yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə 4 002 ədəd minik avtomobili daşınıb.

İqtisadiyyat.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 768-i iyul ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

Yükaşırmada bu müsbət tendesiyanın qarşıdakı ayalarda da davam edəcəyi pronozlaşdırılır.