Bakıda on il əvvəl fəaliyyətə başlamış lisey bağlanıb

Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum özü elan edib.

Xatırladaq ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb. 

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.

Özəl liseydə illik təhsil haqqı aşağıdakı kimi idi:

Təhsil haqqı Azərbaycan vətəndaşları üçün manatla, xarici vətəndaşlar üçün isə avro ilə müəyyənləşib.

Bağça

9680 AZN

 5500 Avro

İbtidai məktəb

 18150 AZN

 10290 Avro

Kollec və Lisey

 19480 AZN

 11070 Avro

11-12-ci siniflər 

 22990 AZN

 12030 Avro