Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının üzvləri və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

İqtisadiyyat.az xəbər verir ki, nümayəndə heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.

Nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Xatırladaq ki, bu gün Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı başlayır. Tədbir oktyabrın 20 də yekunlaşacaq.