Dövlətə məxsus "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti hərraca çıxarılır.

İqtisadiyyat.az xəbər verir ki, dövlət müəssisəsi iyulun 2-də saat 10:00-da hərraca çıxarılacaq.

Müəssisənin ümumi faydalı sahəsi 9267,3, özəlləşdirilən torpaq sahəsi isə 64 483 kvadrat metrdir.

İşçilərin sayı 52 nəfər təşkil edir. 

Hərraca çıxarılan "Bakı Beton Konstruksiyaları"nın ümumi ilkin (start) satış qiyməti 7 609 376 manat müəyyənləşib.

Qeyd edək ki, "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Müəssisə Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci km-də yerləşir. MMC-nin nizamnamə kapitalı 8 200 000 manatdır.