İqtisadiyyat.az xəbər verir ki, iyunun 18-də "Lənkəran-Konserv"in, iyunun 24-də isə "Qazax Konserv Zavodu"nun səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.

Yığıncaqların gündəliyinə hər iki ASC-nin ləğvetmə balansının təsdiq edilməsi, qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi, eləcə də ASC-lərin ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması məsələləri daxil edilib.

Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Lənkəran-Konserv” ASC isə 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 862 402 manatdır.