İqtisadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 mln. manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 mln. manat məbləğində kompensasiya ödənilib.