Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun ekspertlərlə növbəti görüşü olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib. 

Onun sözlərinə görə, görüşdə AMB-nin strategiyası, monetar siyasət, uçot dərəcəsi, manatın məzənnəsi, bankların kredit siyasəti və digər aktual məsələlər üzrə geniş müzakirələr aparılıb. 

T.Kazımov müzakirə olunan məsələlər ətrafında sualları cavablandırıb. 

Ekspert ləğv prosesində olan bankların və orada pulu qalan kreditorların taleyi ilə maraqlandığını qeyd edib. 

O, Mərkəzi Bankın bu məsələ ilə də yaxından məşğul olacağını vurğulayıb.