İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüşdə Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev, institutun böyük elmi işçisi Cavid Abbaslı, tədqiqatçı Sevinc Əliyeva iştirak edib.

Müzakirələr zamanı minimal invaziv tibbi müdaxilələrdə tətbiq olunan yüksək dəqiqlikli robotlaşdırılmış sistemlər, onların innovativ arxitekturaları, real vaxt idarəetmə həlləri və süni intellekt inteqrasiyası imkanları təqdim olunub. Sözügedən texnologiyalar müasir tibb elminin ön cəbhəsində dayanan və Avropanın texnoloji inkişaf ekosistemində geniş tətbiq sahəsinə malik olan yenilikçi yanaşmalardan hesab olunur.

Görüş zamanı həmçinin Biotibbi Mühəndislik İnstitutunun nəzdində fəaliyyət göstərən AI-MED LAB laboratoriyasında süni intellekt əsaslı yeni tədqiqat istiqamətləri, birgə layihələrin icrası və Azərbaycanda bu tip robotik texnologiyaların adaptasiyası üzrə ilkin əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Qeyd edək ki, Biotibbi Mühəndislik İnstitutu bu cür görüşlər vasitəsilə beynəlxalq elmi əlaqələrin genişləndirilməsini, qabaqcıl texnologiyaların ölkəmizə transferini və gənc tədqiqatçılar üçün yeni imkanların yaradılmasını prioritet istiqamət kimi qarşısına məqsəd qoyub.