İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulmasına görə təxirə düşən Yaponiyadakı tədbiri ilə bağlı yenidən tender elan edib

İqtisadiyyat.az xəbər verir ki, paytaxt Tokionun Çiyoda rayonunda planlaşdırılan "İnvestment Roadshow" tədbirinin keçiriləcəyi tarixi açıqlanmayıb.

Daha doğrusu aprelin 16-da elan edilən tenderdə tədbirin keçiriləcəyi tarix martın 5-6-sı göstərilib.

Tədbir Tokionun Çiyoda xüsusi rayonunda 5 ulduzlu otellərdən birinin 150 nəfərlik tutumu olan konfrans zalında təşkil ediləcək. Tədbir çərçivəsində “B2B” görüşlər baş tutacaq.

"İnvestment Roadshow"da ölkənin əsas makroiqtisadi göstəriciləri, qeyri-neft ixracı və investisiya potensialı ilə bağlı məlumatlar təqdim ediləcək.

Tədbirin 520 000 manata başa gələcəyi ehtimal olunur.

Xatırladaq ki, bundan əvvəl fevral ayında elan edilən tenderi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məktubu əsasında ləğv edilmişdi.