Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom”un (AzInTelekom) Rəqamsal Transformasiya layihəsi çərçivəsində lisenziyalar alır.

Bu barədə İqtisadiyyat.az “AzInTelekom”dan məlumat əldə edib.

Qeyd olunub ki, alınacaq lisenziyalar bunlardır: Windows 11 GGWA Commercial (müddətsiz), (NCE) Microsoft 365 E3 (illik), (NCE) Office 365 E3 (illik), (NCE) Microsoft 365 E5 (illik), Microsoft Viva Goals (illik), (NCE) Visio Plan 2 (illik), (NCE) Project Plan 3 (illik), Power BI Premium Per User (illik), Microsoft Teams (illik), Power BI Pro (illik).

“AzInTelekom” lisenziyaların satın alınması ilə bağlı "Novum LS" şirkəti ilə dəyəri 540 000 manata yaxın müqavilə bağlayıb.

Qeyd edək ki, "Novum LS" şirkəti 2020-ci ildə yaradılıb. Qanuni təmsilçisi Əsədov Emin Elçin oğludur. Şirkət nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rezidentidir.