Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC videoçarx hazırlatdırır.

İqtisadiyyat.az xəbər verir ki, videoçarx qurumun öz fəaliyyəti, həm də yeni nəsil rəqəmsal imza olan SİMA ilə bağlıdır.

Belə ki, “AzInTelecom” videoçarxın hazırlanması işlərini “Medical Media” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, videoçarxın hazırlanması 35 000 manata başa gələcək.