"Azərxalça" zərərdən xilas ola bilməyib - FOTO

Dövlətə məxsus "Azərxalça" ASC 2024-cü ili 2 milyon 118 min manat xalis zərərlə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 746 min manat xalis zərərlə bağlamışdı. Beləliklə, "Azərxalça"nın xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 372 min manat və ya 21.3% artıb.
Xəbərlər yüklənir...










