"“Azmade Group” şirkətlər qrupuna daxil olan “Azertexnolayn” MMC 2022-ci ildə 8 ayın nəticəsi olaraq 6 mln.dollar məbləğində sənaye məhsullarının xarici bazarlara ixracını həyata keçirib. Bu rəqəm isə ötən ilin nəticəsindən 30 % artıqdır."

Bu fikirləri şirkətin müşahidə şurasının sədri Emruz İsgəndərov  bildirib.

Şirkət son 10 ildə ölkədə neft və qaz, su təchizatı, inşaat, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma kimi sektorların mühüm layihələrinin əsas təlabatı olan  sənaye məhsullarının yerli istehsalını həyata keçirib. Əsas fəaliyyət istiqaməti olaraq qurumun tərkibində 3 zavod, 1 istehsal sahəsi və son dərəcə müasir  laboratoriya xidməti mövcuddur. Polad Boru Zavodu, Polietilen Məmulatlar Zavodu və Çuqun Töküm Zavodu əsas zavodlardandır ki, bununla da 19 ad üzrə 62 çeşiddən artıq yerli tələbatı və ixrac potensialı yüksək olan sənaye məhsulları istehsal edilir. 

"Hazırda “made in Azerbaijan” brendi altında yerli sənaye məhsullarımız Avropanın 13 mühüm ölkəsinə və yaxın region ölkələrindən 6 ölkəyə ümumilikdə 19 dünya ölkəsinə məhsullarımız ixrac olunur. Məhsullarımız rəqabətqabilyyətli olduğundan bu ölkələr hər il müqavilə müddətini uzadır ki, bu da ildən ilə ixrac həcmimizin artmasına səbəb olur."

Emruz İsgəndərov bildirib ki, gələcəkdə əsas vəzifə şirkətin fəliyyətində məhsuldarlığın artırılması ilə yanaşı gəlirlərin də artırılmasıdır. Bu  məqsədlə təlabatı yüksək olan yeni innovativ sənaye məhsulların istehsalı, işçilərin bilik və bacarıqlarının artırılması, ixrac coğrafiyasının daha da genişləndirilməsi, yeni bazarlara çıxışın əldə edilməsilə ixrac bazar payının artırılması əsas prioritetlərdəndir.  

"Bu il bir neçə  beynəlxalq sərgidə məhsullarımız uğurla nümayiş olunub və yüksək marağa səbəb olub. Növbəti ayda isə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək daha bir beynəlxalq  sərgidə də məhsullarımız təqdim ediləcək."

atl-azertexnolayn-1.jpg