Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.
V.Əliyev buna Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.
Bundan öncə isə o, AZƏRTAC-ın siyasət şöbəsində işləyib.
Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib.